Azərbaycan Premyer Liqası: "Qəbələ" ardıcıl 2-ci qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Qəbələ" evdə "Şamaxı"nı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 8-ci dəqiqədə "qırmızı-qaralar"dan Rövlan Muradov açıb. 2 dəqiqə sonra Murad Musayev fərqi artırıb. 10-cu dəqiqədə Felipe Santos 3-cü topu rəqibin qapısından keçirib. Qonaqlar 56-cı dəqiqədə Amil Yunanovun qolu ilə fərqi azaltsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər.

Ardıcıl 2-ci qələbəsini qazanan "Qəbələ" xallarını 6-ya çatdıraraq, 2-ci pilləyə yüksəlib. Lider "Sabah"la 3-cü sıradakı "Qarabağ" da eyni xala malikdir. Xalı olmayan "Şamaxı" isə 8-ci yerdə qərarlaşıb.

Turun son matçında "Neftçi" bu gün evdə "Kəpəz"lə qarşılaşacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sabah" səfərdə "Zirə"ni 3:1, "Qarabağ" "Sumqayıt"ı 2:0, "Turan Tovuz" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İran İraqla müdafiə sahəsində əməkdaşlığı gücləndirmək istəyir

SONRAKI XƏBƏR

Zaxarova: Əgər Rusiya terror dövləti kimi tanınsa...