Messini təhdid etdi, Tayson cavab verdi: Ona toxunsan...

Argentinalı ulduz Lionel Messiyə təhdidlər yağır.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, buna Qətərdə keçirilən Dünya Çempionatında Meksika üzərində 2:0 hesablı qələbədən sonra onun paltardəyişmə otağında rəqib komandanın formasını təpikləməsi səbəb olub.

Meksikanın dünya çempionu titullu boksçusu Kanelo Alvarez Messini hədələyib. Boksçu sosial media hesabında "Messinin bizim formamız və bayrağımızla döşəməni təmizlədiyi görüntüləri görmüsünüzmü? İcazə verin, onu tapım. Mən Argentinaya hörmət etdiyim kimi, siz də Meksikaya hörmət etməlisiniz. Dua etsin ki, onunla qarşılaşmayım”, - deyə yazıb.

Əfsanəvi amerikalı boksçu Mayk Tayson isə Messiyə dəstək olub. "Kanelo adlı biri Messini təhdid edib. Əgər Messiyə toxunmağa cəsarət etsə, illər sonra rinqə çıxmalı olacağam", - M.Tayson deyib.

Bir sözlə, Messinin hərəkəti dünyaca məşhur iki boksçunu qarşı-qarşıya gətirib. Ancaq ulduz futbolçu qalmaqallı görüntülərlə bağlı hələlik heç bir açıqlama verməyib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Kurtlar Də Bruyne ilə razı deyil

SONRAKI XƏBƏR

Rusiya KTMT sammitinin nəticələrinə görə Ermənistandan qisas almağa hazırlaşır