"Başakşehir"dən yeni transfer

"Başakşehir" heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb. "Başakşehir" son klubu "Fatih Karagümrük" olan Caner Erkini transfer edib. Türkiyə millisinin üzvü ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Caner Erkin bu mövsüm "Fatih Karagümrük"ün heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Macarıstan Prezidenti Tehrandakı səfirliyimizə qarşı silahlı hücumu pisləyib

SONRAKI XƏBƏR

Mourinyodan İngiltərədə işləyəcəyi haqda xəbərlərə münasibət