"Qalatasaray" müqaviləni yeniləyib icarəyə göndərdi

"Qalatasaray" müqaviləni yeniləyib icarəyə göndərdi<span class="qirmizi"></span>

"Qalatasaray" futbolçusu Metehan Baltacı ilə müqaviləni uzadıb.

Qol.az xəbər verir ki, 20 yaşlı müdafiəçinin sözləşməsi 2026-cı ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin ardından isə Baltacı 1-ci liqa təmsilçisi "Manisa"ya icarəyə göndərilib. O, mövsümün sonuna qədər "Manisa"da çıxış edəcək.

Qeyd edək ki, Metehan bu mövsüm Türkiyə kubokunda 2 oyuna çıxıb.

Mənbə: qol.az