"Krasnodar"da ilk oyununa çıxan Kadiyə ŞOK - VİDEO

"Krasnodar"da ilk oyununa çıxan Kadiyə ŞOK - VİDEO<span class="qirmizi"></span>

Qış transfer pəncərəsində Ağdamın "Qarabağ" futbol klubundan Rusiyanın "Krasnodar" klubuna transfer olunan Kadi Borqesin debütü baş tutub.

BAKU.WS xəbər verir ki, braziliyalı futbolçu Rusiya Premyer Liqası Winline Qış Kuboku turnirinin ilk turunda komandasının heyətində "Soçi" komandasına qarşı oyunda meydanda olub.

"Qarabağ"ın sabiq futbolçusu meydanda aktivliyi ilə seçilib. 78-ci dəqiqədə Kadiyə qarşı kobud hərəkətə görə, rəqib klubun futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulub.

Kadi Borqes isə zədələnərək meydanı tərk edib. Oyun isə Kadinin yeni klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: baku.ws