Eston deputat: Rus idmançıları buna görə məsuliyyət daşımır

Eston deputat: Rus idmançıları buna görə məsuliyyət daşımır<span class="qirmizi"></span>

Estoniya parlamentinin deputatı Yana Toom rusiyalı idmançıların Paris Olimpiadasından kənarlaşdırılmasına qarşı çıxıb.

Axar.az xəbər verir ki, deputat qadağanın bütün ölkəni əhat etməməli olduğunu bildirib.

Deputat idmançıların müharibəyə görə məsuliyyət daşımamalı olduğunu deyib:

"Əgər Rusiya idmançıları bayraqsız yarışsalar, dövlət himni olmayacaq. Onda bunu belə etmək olar”.

Qeyd edək ki, Avropa Birliyi Şurası Rusiya və Belarus idmançılarının növbəti il Parisdə keçiriləcək Olimpiadada iştirak etməsinin qarşısını almaq üçün BOK-a müraciət edib.

Mənbə: axar.az