Keyn “Tottenhem”in rekordçusu oldu

Keyn “Tottenhem”in rekordçusu oldu<span class="qirmizi"></span>

Hücumçu Harri Keyn Premyer Liqada “Mançester Siti” ilə ev oyununda “Tottenhem”in 267-ci qolunu vuraraq, 1966-cı il dünya çempionu Cimmi Qrivsin klub rekordunu üstələyib.

Keyn 15-ci dəqiqədə hesabı açıb.

29 yaşlı forvard 2011-ci ildən London klubunda çıxış edir. O, komandanın heyətində 415 oyun keçirib. Üç dəfə İngiltərə çempionatının bombardiri olan futbolçu bu mövsüm 16 qol vurub. Ümumilikdə Keyn İngiltərə çempionatlarında 200-cü qolunu vurub. O, İngiltərə ilə 2021 Avropa Çempionatının gümüş mükafatçısıdır, Ueyn Runi ilə (hər birində 53 qol) milli komandada vurulan qollara görə birinci yeri bölüşdürür.

Qeyd edək ki, Qrivs 1961-1970-ci illərdə “Tottenhem”də oynayıb, komandanın tərkibində iki dəfə İngiltərə Kubokunu və Super Kubokunu qazanıb və bir dəfə Kubok Kubokunun qalibi olub. Qrivz 1966-cı ildə dünya çempionu, 1968-ci ildə isə Avropa çempionatının bürünc mükafatçısı olub.

Mənbə: www.oxu.az