"Gent"in stadionu türk bayrağına boyandı - Şəkillər

"Gent"in stadionu türk bayrağına boyandı - Şəkillər<span class="qirmizi"></span>

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika "Gent"i güclü zəlzələ olduğu Türkiyəyə dəstək məqsədi ilə etdiyi addımla diqqət çəkib.

Qol.az xəbər verir ki, klub ev oyunlarını keçirdiyi "Gelamko Arena"nı Türkiyənin bayrağının rəngində işıqlandırıb.

Klub rəsmi sosial şəbəkələri vasitəsi ilə Türkiyədəki dağıdıcı zəlzələdə zərər çəkmiş şəxslərlə həmrəy olduğunu bildirib.

Mənbə: qol.az