Türkiyə Futbol Federasiyası zəlzələ səbəbilə təxirə salınan Super Liqa oyunlarının bərpa olunacağı vaxtı açıqlayıb.
Publika.az xəbər verir ki, qurum ölkə çempionatında görüşlərin fevralın 17-dən etibarən başlayacağı bildirilib. Həmin vaxt fevralın 10-da baş tutmalı olan 24-cü turun görüşləri keçiriləcək.
23-cü turdan təxirə salınmış "Fənərbağça" - "Konyaspor", "Umraniyespor" - "Adana Demirspor" və "Giresunspor" - "Kayserispor" matçları isə 21-22-23 fevral tarixlərində keçiriləcək.
Digər liqalarla da bağlı qərar verilib. Həmin turnirlərdə də oyunların fevralın 17-dən bərpa ediləcək.
Heybət