Azərbaycanlı güləşçi ermənilərdən üzr istəyib?

Azərbaycanlı güləşçi ermənilərdən üzr istəyib?<span class="qirmizi"></span>

“Diskvalifikasiyadan sonra azərbaycanlı güləşçi məşqçisi ilə bizə yaxınlaşaraq üzr istədi”.

Publika.az xəbər verir ki, bu sözləri Ermənistanın yunan-Roma güləşi üzrə yığmasının baş məşqçisi Armen Babalaryan jurnalistlərə müsahibəsində deyib.

“Karapet Manvelyanın azərbaycanlıdan güclü olduğu aydın idi. Bəlkə də azərbaycanlı məğlubiyyəti həzm edə bilmədi. Karapet əlini uzatdı, o isə onun əlini itələdi, vurdu.

Diskvalifikasiyadan sonra azərbaycanlı məşqçisi ilə yanımıza gələrək üzr istədi. Ona siyasətlə idmanı qarışdırmamağı tövsiyə etdim. İdmançı öz işini görməlidir”, – deyə Armen Babalaryan bildirib.

Qeyd edək ki, Karapet Manvelyan Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının 1/4 finalında azərbaycanlı Rəhim Həsənova qalib gəlib – 7:1.

Mənbə: publika.az