Qrizmann ən yaxşı seçildi

Qrizmann ən yaxşı seçildi<span class="qirmizi"></span>

La Liqada mart ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu, "Atletiko"in hücumçusu Antuan Qrizmann olub.

Ötən ay 32 yaşlı fransalı futbolçu İspaniya çempionatının 3 oyununda 2 qol vurub və 1 qolun ötürməsini verib. Ümumilikdə Qrizmann bu mövsüm La Liqada 26 oyunda 9 qol vurub və 9 qol ötürməsi edib.

Mənbə: qol.az