“Qarabağ” Lunyovun yerinə bu qapıçı ilə anlaşdı

“Qarabağ” Lunyovun yerinə bu qapıçı ilə anlaşdı

Rusiyalı qapıçı Andrey Lunyovla yollarını ayıran “Qarabağ” onun yerini xorvat qolkiperlə dolduracaq.

Ağdam klubu Portuqaliyanın “Vizela” klubunda çıxış edən Fabiyan Buntiçlə anlaşıb.

27 yaşlı oyunçu bu gün Bakıya gələcək. O, tibbi müayinədən keçdikdən sonar müqaviləyə imza atacaq.

Qeyd edək ki, Fabiyan Buntiç Almaniya vətəndaşlığına da sahibdir. 2013-cü ildən “Ştutqart”da yetişən qapıçı bu klubun U-19 komandasına kimi yüksəlib, 2016-da “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabiyan, 2022-ci ildə “Vizela”ya yollanıb. Son mövsümdə bütün turnirlərdə 32 matça 62 top buraxan Buntiç Xorvatiyanın U-18 və U-19 millilərində çıxış edib.

Mənbə: qafqazinfo.az