FIDE reytinqi: İki məşhur qrosmeysterimiz gerilədi, qadın şahmatçımız 16 pillə irəlilədi

FIDE reytinqi: İki məşhur qrosmeysterimiz gerilədi, qadın şahmatçımız 16 pillə irəlilədi

FIDE şahmatçıların iyul reytinqini açıqlayıb.

Siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.

39 yaşlı qrosmeyster üç pillə geriləyib. Aktivində 2726 xal olan Məmmədyarov 19-cu pillədə qərarlaşıb.

Teymur Rəcəbov dörd pillə geriləyib. O, 2700 xalla 34-cüdür.

Digər qrosmeysterimiz Rauf Məmmədov (2652) altı addım irəliləyib. Milli üzvü 76-cı yerdədir.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2990) başçılıq edir. Onu ABŞ-nin şərəfini qoruyan Hikaru Nakamura (2802) və Fabiano Karuana (2796) izləyirlər.

Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. Dörd pillə geriləyən şahmatçımız 2441 xalla 33-cüdür.

Üç addım geriləyən Gövhər Beydullayeva (2412) 42-cidir. 16 pillə irəliləyən Xanım Balacayeva 2407 xalla 47-cidir. Ülviyyə Fətəliyeva (2399) iki pillə geriləməklə 51-ci sıradadır. Gülnar Məmmədova isə "Top-100"ü tərk edib.

Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2566), üçüncü sırada Ley Tinqjie (Çin, 2548) qərarlaşıb.

Mənbə: oxu.az