“VAR-da nə etdiklərini bilmirəm” - Sanyol

“VAR-da nə etdiklərini bilmirəm” - Sanyol

VAR-da nə etdiklərini bilmirəm. Bəlkə də, fasiləyə 1:0 hesabı ilə yollansaydıq, hər şey dəyişəcəkdi”.

Bu sözləri Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol deyib.

Çalışdırıcı hakim qərarlarından şikayətlənib:

“Biz kifayət qədər yaxşı oynadığımız ilk hissəni həmişə xatırlayacağıq. Amma bəyənmədiyimiz məqamlar da oldu. İspaniyanın ilk qolu qeydə alınmamalı idi. Morata ofsaydda idi. Lakin İspaniya daha güclüdür və 1/4 finala vəsiqə qazanmağa layiqdir. Bu oyuna qədər biz artıq Avropa çempionatının qalibi olmuşuq. Ümid edirəm ki, biz Gürcüstan üçün yaxşı imic qoyub getmişik”.

Qeyd edək ki, ötən gün Avro-2024-ün 1/8 finalında Gürcüstan millisi İspaniyaya məğlub olaraq (1:4) turnirdə mübarizəni dayandırıb. Görüşün baş hakimi fransalı Fransua Letekse olub.

Mənbə: qafqazinfo.az