“Bakıda qalib gəlmədiyimizə görə üzüldük” - Şuker

“Bakıda qalib gəlmədiyimizə görə üzüldük” - Şuker

Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker yerli mətbuata açıqlamasında Xorvatiya millisinin Avro-2020-dəki çıxışını təhlil edib.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssis xorvatların Bakıdakı oyununda xal itirməsinə də toxunub:

“Bakıda qalib gələ bilmədiyimizə görə üzüldük. Bunun üçün təbii ki, təəssüflənirik. Lakin bəzən evdə üç, səfərdə bir xal qazanmaq da fayda verir. Avro-2020-nin seçmə mərhələsinə vəsiqə qazanmaqdan məmnunuq. Özümüzə inandıq, məqsədimizə çatdıq. Slovakiya ilə oyun bizim şansımızı artırdı”.

Mənbə: yenisabah.az