"Başakşehir"dən yeni transfer

"Başakşehir"dən yeni transfer<span class="qirmizi"></span>

"Başakşehir" heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb. "Başakşehir" son klubu "Fatih Karagümrük" olan Caner Erkini transfer edib. Türkiyə millisinin üzvü ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Caner Erkin bu mövsüm "Fatih Karagümrük"ün heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.

Mənbə: qol.az