"Roma" azarkeşləri finaldan sonra hakimə hücum ediblər - VİDEO

"Roma" azarkeşləri finaldan sonra hakimə hücum ediblər - <span class="qirmizi">VİDEO</span>

İngiltərəli hakim Entoni Teylor və ailəsi Avropa Liqasının finalından sonra Budapeşt hava limanında italyan “Roma” azarkeşlərinin hücumuna məruz qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, sosial şəbəkələrdə yayılan videolarda Taylor və ailəsinin pərəstişkarlarının hücumuna məruz qaldıqdan sonra hava limanı kafesindən təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə təhlükəsiz əraziyə aparıldığı görünür. Hakim və onu müşayiət edən qadınlar bir neçə dəfə itələnib, onlara stul və şüşə atılıb.

Mayın 31-də “Roma” Avropa Liqasının finalında “Sevilya”ya uduzub. Turnirin həlledici görüşünün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb və kubokun taleyi İspaniya yığmasının futbolçularının daha güclü olduğu (4:1) penaltilər seriyasında müəyyənləşib.

Mənbə: lent.az