UEFA rəsmisi: "Avropa Liqasının Bakıdakı finalında özümüzü evimizdəki kimi hiss etdik"

UEFA rəsmisi: "Avropa Liqasının Bakıdakı finalında özümüzü evimizdəki kimi hiss etdik"

"Avropa Liqasının Bakıdakı finalında özümüzü evimizdəki kimi hiss etdik. Yüksək səviyyəli təşkilatçılıq gördük".

"Report"un məlumatına görə, bunu UEFA-nın Milli Assosiasiyalar üzrə Departamentinin rəhbəri Tyerri Favr AFFA-nın növbəti konfransında çıxışı zamanı deyib.

Avropa futbol qurumunun rəsmisi AFFA-nın fəaliyyətini dəstəklədiklərini söyləyib. O, AFFA-nın AVRO-2020-nin 4 oyununu uğurla təşkil edəcəyinə əminlik ifadə edib. Favrın sözlərinə görə, 2019-cu ilin Azərbaycan futbolu üçün daha bir böyük uğuru baş katib Elxan Məmmədovun UEFA Fair Play komitəsinin sədri seçilməsi olub.

UEFA nümayəndəsi futbolun dünyada üzləşdiyi problemlərə də diqqət çəkib.

Mənbə: report.az