Henderson üç həftəlik sıradan çıxıb

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 finalında "Atletiko" ilə matçda zədələnən "Liverpul"un futbolçusu Cordan Henderson üç həftəlik sıradan çıxıb. Bu barədə İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp məlumat verib. O deyib ki, 29 yaşlı yarımmüdafiəçinin zədəsi daha ciddi ola bilərdi: "Xoşbəxtlikdən durumu ciddi deyil. Amma üç həftə oynamayacaq". Qeyd edək ki, Henderson Madrid təmsilçisi ilə görüşün 80-ci dəqiqəsində əvəzlənib.

 

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Bakı-Sumqayıt yolu bu tarixdə istifadəyə veriləcək - VİDEO

SONRAKI XƏBƏR

Ucarda piyadanı maşın vuraraq öldürüb