Bundesliqa klubu məşqləri bərpa edir

Bundesliqa klubu məşqləri bərpa edir

"Borussiya Dortmund" futbol klubu məşqləri bərpa etməyə qərar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Emre Can verib.

O, Sport1 nəşrinə açıqlamasında bildirib ki, komandası martın 30-dan etibarən məşqlərə start verəcək. Almaniyalı futbolçu hətta məvaciblərinin azaldılmasına razı olduqlarını da etiraf edib:

"Ən vacibi odur ki, meydana dönürük. Məvaciblərimizin azaldılmasına gəlincə, biz onsuz da çox qazanırıq. Buna görə həmin məbləğin müəyyən hissəsini qaytarmalıyıq".

Milli.Az

Mənbə: news.milli.az