İnyesta: "Koronavirus dönüş nöqtəsi olmalı və həyata baxışımızı dəyişdirməlidi"

İnyesta: "Koronavirus dönüş nöqtəsi olmalı və həyata baxışımızı dəyişdirməlidi"

"Barselona"nın sabiq yarımmüdafiəçisi, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta "Movistar" telekanalına koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, ispan futbolçu COVID-19-un cəmiyyətə təsirləri barədə fikirlərini bölüşüb:

"Yaponiyada indi sakitlikdi, insanlar arasında təlaş yoxdu. Lakin koronavirus hamımız üçün dönüş nöqtəsi olmalı və həyata, vərdişlərimizə və övladlarımızın təhsilinə baxışımızı dəyişdirməlidi".

Yaponiyada koronavirusa yoluxanların sayı 3 mini keçib. 77 nəfər COVID-19-dan dünyasını dəyişib.

Fanat.Az

Mənbə: fanat.az