Beynəlxalq şahmat yarışları bir il müddətinə təxirə salına bilər

Beynəlxalq şahmat yarışları bir il müddətinə təxirə salına bilər

AzTehsil.com Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadla xəbər verir ki, ali şahmat qurumu 2020-ci il yarışlarının 2021-ci ildə, 2021-ci yarışlarının isə 2022-ci ildə keçirilməsi variantını nəzərdən keçirir.

Məlumatda vurğulanır ki, ayrı-ayrı yaş qruplarında Avropa və dünya çempionatları, həmçinin 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək istəyənlər bunu nəzərə almalıdırlar.

Müraciətlərin bu ilin sentyabrın 4-dək qəbul olunacağı qeyd edilir.

Mənbə: aztehsil.com