“Napoli”dən nümunəvi addım

“Napoli”dən nümunəvi addım

İtaliyanın “Napoli” klubu xeyirxah addımla gündəmə gəlib.

Unikal.org xəbər verir ki, klub, koronavirus pandemiyası ilə mübarizə məqsədilə 1000 ailəyə qida paylayacaq. Bu barədə klubun rəsmi saytı məlumat verib.

“Napoli” 1000 ailəyə dəstək olmaq üçün 32 ton ərzaq toplandığını bildirib. Klub bu qidaların ən çox ehtiyacı olan ailələrə göndəriləcəyi və bununla da, onları müəyyən qədər dəstəkləyəcəklərini qeyd edib.

Mənbə: www.unikal.org