"Real Madrid"in futbolçuları məşq zamanı dava etdilər

"Real Madrid"in futbolçuları məşq zamanı dava etdilər

İspaniyanın "Real Madrid" klubunun futbolçuları arasında münaqişə baş verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, məşq zamanı Antonio Rudiger və Cud Bellinqem əlbəyaxa dava ediblər.

Onlardan biri ikitərəfli oyun zamanı çox sərt müdaxilə edib və bu hərəkət komanda yoldaşının xoşuna gəlməyib.

İddiaya görə, komandanın digər üzvləri yaranan münaqişə zamanı futbolçuları ayırıblar. Sonda onlar aralarındakı problemi həll edərək barışıblar.


Mənbə: unikal.az