Mbappe rəhbərlikdən bu futbolçunun transferini istədi

Mbappe rəhbərlikdən bu futbolçunun transferini istədi

“Real” hücumçusu Kilian Mbappe klub rəhbərliyindən qarşıdakı yay "transfer pəncərəsi"ndə “Arsenal”ın müdafiəçisi Vilyam Salibanın transfer edilməsi ilə bağlı danışıqlara başlamağı xahiş edib.

“Marca”ya istinadən xəbər verilir ki, “kral klubu”nun rəhbərliyi Salibanı perspektivli futbolçu kimi tanısa da, yüksək transfer qiymətindən ehtiyatlanır.

Salibanın “Arsenal”la müqaviləsinin 2027-ci il iyunun 30-na qədər olduğunu nəzərə alsaq, londonluların onun üçün azı 100 milyon avro tələb edəcəyi gözlənilir.

Fransa millisinin üzvü "Arsenal"dan savayı "Sent-Etyen", "Nitsa", "Marsel" klublarının formasını geyinib.

Rəşad Rafiqoğlu

Mənbə: bizim.media