Xorvatiyalı futbolçu faciəvi şəkildə öldü

Xorvatiyalı futbolçu faciəvi şəkildə öldü

Xorvatiya millisinin sabiq futbolçusu Nikola Pokrivaç yol qəzasında dünyasını dəyişib.

Bu barədə Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qəza Karlovakda 4 minik avtomobilinin toqquşması nəticəsində baş verib. Pokrivaç da daxil olmaqla 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 39 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində "Dinamo Zaqreb", "Riyeka", Fransada "Monako" kimi klublarda çıxış edib. O, yığma komanda ilə 14 oyunda meydana çıxıb.

Mənbə: axar.az