“Traktor”un İran çempionatının 27-ci turunda “Malavan”ı 3:0 hesabı ilə darmadağın etməsi Təbrizdə coşqu ilə qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, güneyli azarkeşlər Təbriz küçələrinə axışaraq çempionluğa bir addım da yaxınlaşmağı qeyd ediblər.
Qeyd edək ki, “Traktor” bu qalibiyyətlə xallarının sayını 58-ə çatdırıb və liderliyini qoruyub. 2-ci yerdəki “Sepahan”ın 56 xalı var. Lakin Təbriz klubu rəqibindən 1 oyun az keçirib.
Mənbə: qafqazinfo.az