Müqaviləmlə problem yoxdur, “Qarabağ”da xoşbəxtəm - Benzia

Müqaviləmlə problem yoxdur, “Qarabağ”da xoşbəxtəm - Benzia

"Qarabağ"da xoşbəxtəm".

Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Yassin Benzia Azərbaycan Premyer Liqasının XXXI turunda evdə “Neftçi”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Teleqraf-a açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi artıq Premyer Liqada çempion olduqlarını düşündüyünü bildirib:

"Qalib gəldiyimiz üçün xoşbəxtik. Çoxlu qol fürsətləri yaxaladıq və bunların 3-dən yararlanmağı bacardıq. Düşünürəm ki, artıq çempionuq".

O, Azərbaycan Kubokunun 1/2 final mərhələsində "Araz-Naxçıvan"la cavab oyunu barədə danışıb: "Bu gün gözəl oyunla qələbə qazandıq. Belə oyunla "Araz-Naxçıvan"ı da üstələməyə çalışacağıq".

Benzia "Qarabağ"da xoşbəxt olduğunu söyləyib: "Müqaviləmlə bağlı heç bir problem yoxdur. Burada xoşbəxtəm".

Mənbə: axar.az