“Fənərbaxça” vacib xal itirdi, qalmaqal çıxdı - Video

“Fənərbaxça” vacib xal itirdi, qalmaqal çıxdı - Video

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

“Fənərbaxça” “Kayserispor”la üz-üzə gəlib.

Çempionluq yolunda İstanbul təmsilçisi üçün vacib olan matçda 3:3 hesablı heç-heçə qeydə alınıb.

Bu nəticə ilə kritik xal itirən “sarı-göy”lərin azarkeşləri matçdan sonra qalmaqal yaradıblar.

Belə ki, “Fənərbaxça” azarkeşləri klub rəhbərliyini istefaya səsləyiblər. Daha sonra meydaçnada səsləndirilən mahnının səsini kəsmək üçün tribunada çaxnaşma düşüb.

Azərkeşlərdən birinin tribunada ürəyi gedib və yerə yıxılıb.

Mənbə: qafqazinfo.az