Triatlonçularımız Türkiyə Kubokunda uğurla çıxış ediblər - Fotolar

Triatlonçularımız Türkiyə Kubokunda uğurla çıxış ediblər - Fotolar

Triatlon millisinin üzvləri Türkiyənin Serik şəhərində keçirilən Triatlon üzrə Türkiyə Kubokunda uğurla çıxış edərək ölkəni layiqincə təmsil ediblər.

“Qafqazinfo” xəbər veirr ki, yarışda müxtəlif yaş kateqoriyalarında iştirak edən idmançılar arasında 2011-ci il təvəllüdlü Raul Mahmudov parlaq nəticə göstərərək öz yaş qrupunda 1-ci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2012-ci il təvəllüdlülər arasında keçirilən yarışda Şamil Dövlətov 7-ci yerin sahibi olub.

2008–2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən və ümumilikdə 56 iştirakçının mübarizə apardığı yarışda isə Azərbaycan təmsilçiləri aşağıdakı nəticələri əldə ediblər:

-Əli Rzazadə – 14-cü yer

-Tamerlan Musayev – 22-ci yer

-Teymur Cəfərov – 26-cı yer

Azərbaycan Triatlon Federasiyası yarışda çıxış edən bütün idmançıların nəticələrini müsbət qiymətləndirir və onların beynəlxalq arenada əldə etdiyi təcrübənin gələcək inkişaflarında mühüm rol oynayacağına inanır. Federasiya komandanın hazırlıq prosesini davam etdirərək qarşıdakı yarışlara daha güclü heyətlə qatılmağı planlaşdırır.

Mənbə: qafqazinfo.az