İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşdi

İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşdi

İtaliya A Seriyası 20 iyunda bərpa ediləcək.

Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın idman naziri Vinçentso Spadafora məlumat verib:

"İtaliya özünə gəlir. Təbii ki, futbol da artıq qayıtmalıdı. Elmi-texniki komitə tibbi protokolu təsdiqlədi. Lakin oyunçulardan biri koronavirusa yoluxacağı təqdirdə karantinə mütləq ehtiyac olacağını bildirdilər. Futbolçuların test prosesi heç bir halda ictimaiyyətin testlərinə mane olmayacaq, problem yaratmayacaq. Buna dair zəmanət almışıq.

İtaliya çempionatı 20 iyunda bərpa ediləcək. Ümid edirəm, 13-20 iyun tarixlərində ölkə kubokunun görüşləri keçiriləcək və bu, bütün ölkə üçün "siqnal" olacaq.

Futbol Federasiyasının B (pley-off) və C planları (turnir cədvəlinin mövcud vəziyyətinə uyğun çempionatı bitirmək) var".

Fanat.Az

Mənbə: fanat.az