Sanço Messi və Ronaldunun göstəricisini təkrarladı

Sanço Messi və Ronaldunun göstəricisini təkrarladı

Dortmund "Borussiya"sının vingeri Ceydon Sanço Bundesliqanın 29-cu turu çərçivəsində "Paderborn"la oynanılan görüşdə (6:1) het-trik edib.

Cari mövsümdə Bundesliqada 27 matçda meydana çıxan Sançonun aktivində 17 qol, 16 məhsuldar ötürmə var. Fanat.Az xəbər verir ki, 20 yaşlı oyunçu 2006-07 mövsümündən bəri Avropanın top-5 çempionatlarında minimum 15 qol, 15 assistlə oynayan beşinci futbolçudu. Daha əvvəl Lionel Messi (4 dəfə), Eden Azar (2 dəfə), Kriştianu Ronaldu və Luis Suares bənzər göstəriciyə imza atmışdılar.

Sanço digər turnirlərdə 12 dəfə forma şansı əldə edib və 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Mənbə: fanat.az