"Keşlə"yə kubok qazandıran məşqçi Xarkovda büdrədi

"Keşlə"yə kubok qazandıran məşqçi Xarkovda büdrədi

Futbol üzrə Ukrayna Kuboku uğrunda final matçı baş tutub.

Axar.az xəbər verir ki, Xarkovda keçirilən final matçında "Dinamo Kiyev"lə Poltava "Vorskla"sı qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Əlavə vaxtda da hesab dəyişməyib, nəticədə penaltilərə müraciət olunub. Burada daha dəqiq olan "Dinamo" 8:7 hesablı üstünlüklə tarixində 12-ci dəfə Ukrayna Kubokuna sahib çıxıb. Yuri Maksimov isə 2018-ci ildə "Keşlə"nin baş məşqçisi kimi qazandığı Azərbaycan Kubokuna öz vətənində sahib ola bilməyib.

Mənbə: axar.az