MY-nin müdafiəçisi İtaliya yolunda

MY-nin müdafiəçisi İtaliya yolunda

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Fil Cons 2019/20 mövsümünün sonunda komandasını dəyişə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Mənbə oyunçunun İtaliyadan sərfəli təkliflər aldığını vurğulasa da, A Seriyası klublarının adını açıqlamayıb.

Cons MY-də 2011-ci ildən top qovur. Bu mövsüm bütün turnirlər çərçivəsində 8 matça çıxan 28 yaşlı ingilis 1 qol vurub. Arxa xətt oyunçusunun transfer qiyməti 7 milyon avrodu.

Fanat.Az

Mənbə: fanat.az