“Şahruddin özəl insandır” - “Qarabağ”ın prezidenti

“Şahruddin özəl insandır” - “Qarabağ”ın prezidenti

“Qarabağ”ın prezidenti Tahir Gözəl komandasının Avropa Liqasının qrup mərhələsinin ilk turunda Norveçin “Molde” klubuna 1:0 qalib gəldikləri matçdan sonra açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, qələbə sevincini bölüşüb:

“Əvvəlcə, Allah şəhidlərimizə rəhmət eləsin. Yaxşı oyun çıxardıq. Bu gün bizə qələbə lazım idi. Qalib gəldik və sevincimizi ölkəmizə həsr edirik. Oyuna gəlincə, rəqib qapıçını təbrik edirəm. Çox yaxşı oynadı. Amma istənilən halda biz qələbəmizi qazandıq”.

“Qalatasaray” “Molde” ilə oyunlarda əziyyət çəkdi, amma “Qarabağ” norveçlilərdən çox üstün oynadı. Sizcə, rəsmi matç olsa, “Qarabağ” “Qalatasaray”ı keçər” sualına belə cavab verib:

“Onlarla qeyri-rəsmi matçda oynamışıq, amma tam güc sərf etmədi heç bir komanda. İstəyərəm ki, onlarla rəsmi görüşdə üz-üzə gələk. Buna hazırıq”.

Tahir Gözəl komandanın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevin gedişindən danışıb:

“Andre Lunyovun oyunundan razı qaldım. Amma Şahruddin özəl insan idi, onun özünəməxsus dəsti-xətti var idi”.

Mənbə: qafqazinfo.az