ABŞ-da 3 mindən çox uçuş təxirə salındı

ABŞ-da 3 mindən çox uçuş təxirə salındı

ABŞ-ın şimal-şərqində yağan güclü qar səbəbi ilə 3 mindən çox uçuş təxirə salınıb və təxminən 700 uçuş ləğv edilib.

Publika.az xəbər verir ki, Nyu-York metropoliten ərazisində yerləşən üç əsas hava limanı ən çox zərər çəkənlər arasındadır. Ötən gün isə 8500-dən çox uçuş gecikib və 1700 reys ləğv edilib.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, Con Kennedi Beynəlxalq Hava Limanına uçuşlar şənbə səhəri orta hesabla təxminən iki saat təxirə salınıb.

Mənbə: publika.az