Hindistanın "GSLV-F17" daşıyıcı raketi "EOS-05 (GISAT-1A)" Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb.
Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb.
Peyk Hindistan ərazisində təbii fəlakətlərin, hava şəraitinin və kənd təsərrüfatı torpaqlarının vəziyyətinin sutkalıq monitorinqi üçün nəzərdə tutulub.
Buraxılış ölkənin cənub-şərqindəki Şriharikota adasında yerləşən Satiş Dhavan adına Kosmik Mərkəzin start meydançasından həyata keçirilib.
Bildirlir ki, startdan təqribən 18 dəqiqə sonra 2.4 ton kütləsi olan peyk daşıyıcı raketdən ayrılaraq geokeçid orbitinə daxil olub. Orbitin yüksəldilməsi istiqamətində həyata keçiriləcək bir neçə manevrdən sonra o, geosinxron orbitdə qərarlaşacaq.
Mənbə: oxu.az