OpenAI-nin yeni modeli riyaziyyatçıların təxminən 200 il ərzində həll edə bilmədiyi yeddi "minillik məsələsindən" birini həll edib.
Bu barədə xarici KİV yazıb.
Mənbə qeyd edir ki, 2000-ci ildə Parisdə riyaziyyatın ən mühüm həll olunmamış 7 problemi – "minillik məsələləri" seçilmiş və hər birinin həlli üçün 1 milyon dollar mükafat təyin edilmişdi.
Süni intellekt riyaziyyatçıların nəticə əldə etmək üçün əbəs yerə 200 il sərf etdikləri Navier-Stoks tənliyini həll etməyə nail olub və buna cəmi 88 saat vaxtı sərf edib.
Qeyd edək ki, bundan əvvəl yeddi məsələdən yalnız biri – rusiyalı Qriqori Perelman tərəfindən həll edilmiş Puankare fərziyyəsi öz həllini tapmışdı.
Mənbə: bizim.media