Oyun dünyasının səbirsizliklə gözlədiyi “Grand Theft Auto VI”nın (GTA VI) satışa çıxmasına cəmi 5 gün qalıb. Beləliklə, milyonlarla oyunçunun 13 illik gözləntisi noyabrın 19-da başa çatacaq.
“Rockstar Games”in hazırladığı oyun ilkin mərhələdə “PlayStation 5”, “Xbox Series X” və “Xbox Series S” platformalarında təqdim olunacaq. Kompüter (PC) versiyasının çıxış tarixi isə hələ açıqlanmayıb.
Məlumata görə, oyunun standart versiyasının qiyməti 79,99 dollar (136 AZN), ultimate (yekun) versiyasının isə qiyməti 99.99 dollar (170 AZN) müəyyən edilib. “Take-Two Interactive” şirkətinin məlumatına görə, GTA VI üçün öncədən sifarişlər gözləntiləri üstələyib. Lakin dəqiq satış rəqəmləri açıqlanmayıb.
Qeyd edək ki, 2 milyard dollara başa gələn oyunda hadisələr Florida ştatından ilhamlanan Leonida adlı uydurma ştatın Vays Siti (Mayami) şəhərində cərəyan edəcək. Oyunun əsas qəhrəmanları Lusya və Ceyson adlı cütlük olacaq.
Xatırladaq ki, seriyanın əvvəlki hissəsi olan GTA V 2013-cü ildə satışa çıxarılıb və dünya üzrə 200 milyon nüsxədən çox satılıb. GTA VI-nın da oyun sənayesində yeni satış rekordları müəyyənləşdirəcəyi gözlənilir.
Mənbə: qafqazinfo.az