“Apple” Siri ilə işləyən ağıllı eynək hazırlayır

“Apple” Siri ilə işləyən ağıllı eynək hazırlayır

“Apple” artırılmış reallıq xüsusiyyətləri olmayan ilk ağıllı eynəyini gələn il təqdim etməyə hazırlaşır. Cihazın süni intellektlə gücləndirilmiş “Siri” köməkçisi ilə işləyəcəyi gözlənilir.

Yeni eynəyin 2027-ci ildə keçiriləcək WWDC tədbirində təqdim olunacağı ehtimal edilir.
Məlumata görə, “Siri” cihazın əsas idarəetmə vasitəsi olacaq. Eynəyin digər texniki xüsusiyyətləri və satış tarixi barədə isə hələlik ətraflı məlumat açıqlanmayıb.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az