“OpenAI” süni intellekt vasitəsilə yaradılanlar da daxil olmaqla, uşaqların istismarını əks etdirən görüntüləri aşkarlamaq üçün yeni alət hazırlayıb.
Şirkət yeni sistemi təsdiqlənmiş təşkilatlara pulsuz təqdim edəcək. Alət əvvəllər aşkarlanmamış görüntüləri vizual əlamətlər əsasında müəyyənləşdirir və risk səviyyəsinə görə qiymətləndirərək mütəxəssislərə araşdırma zamanı prioritetləri müəyyənləşdirməyə kömək edir.
Şirkət, həmçinin “ChatGPT”də bu cür məzmunu axtarmaq cəhdlərinin qarşısını almaq üçün yeni xəbərdarlıqlar tətbiq edəcək. Qayda pozuntusu aşkar edilən söhbət silinəcək, istifadəçinin platformaya girişi 24 saatlıq dayandırılacaq. Təkrar pozuntular hesabın bağlanmasına və ya müvafiq qurumlara məlumat verilməsinə səbəb ola bilər.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az