Almaniya Ukrayna böhranı fonunda silah çatışmazlığı ilə üzləşib

Almaniyada sursat, hipotetik müharibə vəziyyətində, yalnız bir neçə saat və ya ən çoxu bir neçə gün yetərli olacaq. AzVision.az xəbər verir ki, bu barədə köşə yazarı Gerhard Hegman "Die Welt" üçün yazdığı məqaləsində bildirib.

Onun sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatlar və NATO qarşısında öhdəlikləri fonunda Almaniya silah-sursata milyardlarla vəsait xərcləməli olacaq, lakin istehsalın planlaşdırılan genişləndirilməsinin sürəti, digər məsələlərlə yanaşı, Çinin Almaniyanı onlar üçün mühüm xammalla necə təmin edəcəyindən asılıdır.

Qeyd olunub ki, gecikmələr pandemiyanın başlanğıcında yaranıb və indi çatdırılma altı aydan doqquz aya qədər davam edir. Bundan əlavə, məqalə müəllifi hesab edir ki, istehsal problemləri Pekinin Qərb istehsalçıları ilə əməkdaşlığını dayandırması fonunda baş verib.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

SONRAKI XƏBƏR

Paytaxt yollarında vəziyyət necə tənzimlənir? - DİN açıqlama yayıb