Yapon avtomobil nəhəngi “Nissan” 527,491 min avtomobilini geri çağırır.
“Ölkə.Az” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb avtomobillərin elektrik mühərrikində alışmaya yol açacaq nasazlıq olub.
Hesabatlarda problemin avtomatik “start-stop” sisteminə yönəlmiş elektrik mühərriki komponentlərindəki xətadan qaynaqlandığı bildirilib.
Ümumilikdə, bu səbəbdən “Nissan” istehsalı olan 5 avtomobilin alışdığı, 6 avtomobilin isə qismən yandığı bildirilib.
Geri çağırılan avtomobillərin təxminən yarısının 2010-cu ilin sentyabrından 2017-ci ilin iyununa qədər istehsal edildiyi və potensial olaraq alışa biləcəyi qeyd olunub. “Nissan”ın geri çağırdığı avtomobil modellərinə “X-Trail”, “Serena” və “Landy” minivanlar daxildir.
Könül
Ölkə.Az