Nadir "Ferrari" rekord qiymətə SATILIR - FOTO

Nadir "Ferrari" rekord qiymətə SATILIR - <span class="qirmizi">FOTO</span>

Almaniyada 1986-cı ildə istehsal olunmuş nadir idman avtomobili “365 GT NART Spyder” 1,3 milyon avroya satışa çıxarılıb.

Ümumilikdə dünyada cəmi iki belə ekzotik avtomobil var.

Məlumata görə, avtomobillər ABŞ-ın ən böyük “Ferrari” dilerlərindən biri olan “NART”ın təşəbbüsü və layihəsinə uyğun olaraq hazırlanıb.

Qeyd edək ki, avtomobilin konsepsiya müəllifi və layihə rəhbəri Luici Çinettidir.

“365 GT NART Spyder”in mühərrik gücü məlum deyil, lakin satıcı iddia edir ki, avtomobil təxminən altı saniyə ərzində 100 kilometr sürət yığa bilir.(konkret.az)

Mənbə: moderator.az