“Nestle”dən etiraf: Qida məhsullarının üçdə biri zərərlidir

“Nestle”dən etiraf:  Qida məhsullarının üçdə biri zərərlidir<span class="qirmizi"></span>

İsveçrə istehsalçısı Nestle tərəfindən satılan bütün qidaların üçdə biri sağlam qidalanma standartlarına cavab vermir. Bu barədə Bloomberg şirkətin mətbuat xidmətinə istinadən yazıb. Şirkətdən verilən məlumata görə, istehsalçı məhsullarını qida və içkilərin nə qədər sağlam olduğunu göstərən Health Star Rating (HSR) üzrə sınaqdan keçirib. Standart Avstraliya və Yeni Zelandiya hökumətləri tərəfindən müəyyən edilib.

HSR-ə uyğun olaraq, İsveçrə şirkətinin məhsullarının 30%-i sağlam, 35%-i isə qeyri-sağlam sayılır. Şirkətin məhsullarının daha 25%-i sınaqdan keçirilməyib. Bunlara sağlam qidalar kimi tanınan ev heyvanı qidası, körpə üçün yeməklər və tibbi qida daxildir.


 

Mənbə: azvision.az