Kazan və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 07:30-da Kazan və Ulyanovsk hava limanlarında təyyarələrin gəlişi və gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - qeyd olunub.
Mənbə: axar.az