TikTok 530 milyon cərimələndi

TikTok 530 milyon cərimələndi

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası TikTok sosial media platformasının sahibi olan Çinin “ByteDance” şirkətini avropalı istifadəçilərin məlumatlarını qanunsuz olaraq Çinə ötürdüyünə görə 530 milyon avro cərimələyib.

Xarici KİV-ə istinadən xəbər verilir ki, Komissiya həmçinin, “ByteDance”ə pozuntuları düzəltmək üçün altı ay vaxt verib.

Komissiyanın bildirdiyinə görə, şirkət TikTok-un avropalı istifadəçiləri haqqında məlumatları Çin hakimiyyətinin əldə edə biləcəyi serverlərdə saxlayıb.

Bu, avropalılar haqqında məlumatların digər ölkələrin hakimiyyət orqanlarına ötürülməsini qadağan edən Avropa İttifaqının mövcud qaydalarının pozulmasıdır.

Mənbə: qafqazinfo.az