Qatlana bilən “iPhone”

Qatlana bilən “iPhone”

Qatlana bilən “iPhone”un qiyməti məlum olub.

"Apple"ın qatlana bilən smartfonunun kitab tipli forma faktoruna və 7,76 düymlük daxili displey və ekranın altındakı selfi kamerası olan 5,49 düymlük xarici ekrana sahib olacağı gözlənilir.

Menteşə elementləri paslanmayan poladdan və titandan hazırlanacaq.

Hazırda Apple, buraxdıqları smartfonların formatından tamamilə razıdır. Qatlana bilən "iPhone"un istehsalı 2026-cı ilin ikinci yarısına planlaşdırılıb, yəni ən optimist ssenarilərdə belə onun yalnız gələn ilin sonunda buraxılacağı nəzərdə tutulur.
"Apple"ın ilk qatlana bilən telefonunun qiyməti 2100-2300 dollardan başlayacaq.
Aygün

Mənbə: www.bakupost.az