Azərbaycanla Çin arasında ticarət dövriyyəsi yeni rekord göstəricilərə çatıb.
Bu barədə Çin səfiri Lu Mey Bakıda “İrs keşikçisi” sənədli filminin Azərbaycan dilində dublyaj edilmiş versiyasının təqdimatı və xüsusi nümayişi zamanı bildirib.
O deyib ki, Çin və Azərbaycan arasında əlaqələr getdikcə genişlənir və “Bir Kəmər, Bir Yol” təşəbbüsünün birgə həyata keçirilməsi çərçivəsində mühüm və məhsuldar nəticələr əldə olunur.
“Hazırda Çin və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin sayı artır, əlaqələr getdikcə genişlənir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir. Eyni zamanda “Bir Kəmər, Bir Yol” təşəbbüsünün birgə həyata keçirilməsi çərçivəsində mühüm və məhsuldar nəticələr əldə olunur, ikitərəfli ticarət dövriyyəsi isə dəfələrlə yeni rekord göstəricilərə çatır”.
Mənbə: apa.az