Ukrayna iyulun 22-dən bəri dəniz limanlarının boş qalması səbəbindən təxminən 1,75 milyard dollar gəlir itirib.
Bu barədə TASS agentliyi məlumat yayıb. Nəşr bununla bağlı hesablamalar aparıb.
Qeyd edilib ki, Odessa, Çernomorsk və Yujnıy Ukraynanın əsas ticarət limanları sayılır. Agentliyin hesabatında gəmilərin hərəkəti ilə bağlı məlumatlara da istinad edilib və bildirilir ki, hazırda iri xarici ticarət gəmiləri bu limanlara getmirlər.
Limanlarla bağlı digər problemlər də nəzərə alınsa, nəticədə Ukraynada kənd təsərrüfatı məhsullarının ixracı ayda 2 milyard dollardan çox (-60%) azalıb. Dəmir filizi və metal ixracı isə demək olar ki, tamamilə dayanıb (-90%).
Müəllif: Tural
Mənbə: publika.az